"Çelsi"nin baş məşqçisi Tomas Tuxel klubun sahibi Roman Abramoviçdən bir neçə yeni oyunçu alınmasını istəyib.
Fanat.Az "The Telegraph"a istinadən xəbər verir ki, "zadəganlar"la Çempionlar Liqasının qalibi olan alman çalışdırcı Abramoviçlə mayın 30-da Portuda görüşüb.
Tərəflər transfer məsələlərini müzakirə edib.
Mənbə klub sahibinin "yay bazarlığı" üçün 200 milyon funt sterlinq (232 milyon avro) ayırmağa hazır olduğunu vurğulayıb. Nəşr Tuxelin sərəncamında görmək istədiyi oyunçuların adlarını da açıqlayıb. Bunlar "İnter"in forvardı Romelu Lukaku, "Tottenhem"in hücumçusu Harri Keyn, "Vulverhempton"dakı çıxışıyla diqqətləri üzərinə çəkən Adam Traore, Mönhenqladbax "Borussiya"sından Yonas Hofmann, "Vest Hem"dən Deklan Rays, "Monako"dan Orelyen Çuamenidir.
Qeyd edək ki, "Çelsi" ötən yay da transferlərə 200 milyon funt sterlinq xərcləyərək yeddi oyunçu almışdı.
Atilla