"Barselona”nın idman direktoru Erik Abidalın klubdakı taleyi böyük sual altındadı.
Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi avqustun 17-də keçiriləcək iclasda 40 yaşlı mütəxəssislə bağlı qərar verəcək.
Toplantıda E.Abidal mövsüm haqda rəhbərliyə ətraflı hesabat təqdim etməlidir.
Abidalın fəaliyyəti ilə bağlı uzun müddətdi ki, mübahisələr gedir. Komandanın yeni transferlərinin uğurlu olmaması rəhbərlikdə fransalı idman direktoru ilə bağlı şübhələr yaradıb.
Abidal 2018-ci ildən "Barselona”da idman direktoru vəzifəsində işləyir. O, 2007-2013-cü illər aralığında futbolçu kimi Kataloniya təmsilçisində top qovub.
Fanat.Az