Abasovla Regekampf arasında nə baş verib: "Həddindən artıq əsəbiləşmişdim"

Abasovla Regekampf arasında nə baş verib: "Həddindən artıq əsəbiləşmişdim"

Misli Premyer Liqasının XIII turunda "Sumqayıt" öz meydanında "Neftçi" ilə 2:2 hesablı heç-heçə edib. 

Fanat.Az xəbər verir ki, Sumqayıt klubunun baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında görüşü şərh edib: 

“Oyun gərgin keçdi. İstəmirəm ki, futbolçularımın belə əziyyət çəkdiyi və heç-heçə etdiyi oyuna kölgə salım. İşlərimiz çoxdu. Bizim oyunumuz bu deyil. Bu qədər boşluqdan sonra sən də nələrsə etməlisən. Komanda bu vəziyyətdə yaxşı oynadı. Səbuhi Abdullazadə, Murad Xaçayev hərarəti ola-ola oynadı. Oyundan tez-tez düşürdülər. Azarkeşlərimiz möhtəşəm idi. Bizim futbolumuz daha gözəl olacaq. “Sumqayıt”ın rəqibləri üçün nə olacağını görəcəksiz.

Mənim “Neftçi” ilə əlaqəm qalmayıb. “Neftçi”yə nəyisə sübut etmək fikrim yoxdu. Bu gün qələbə qazana bilərdik. Vaxt lazımdır. Heç kimə ismarıc göndərmək istəmirəm. Oyuna digər matçlardakı kimi hazırlaşmışdıq.

Rəqib baş məşqçi ilə mübahisəyə gəlincə, iki kişinin arasında olan söhbətdir. Bunu açıqlamaq istəmirəm. Qırmızı vərəqə gözləmirdim. Həddindən artıq əsəbiləşmişdim”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər