AÇ: İki güləşçimiz finalda

AÇ: İki güləşçimiz finalda

Azərbaycanın iki yunan-Roma güləşçisi İtaliyanın paytaxtı Romada keçirilən U-20 Avropa çempionatında finala yüksəlib.

Fanat.Az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Nihad Quluzadə yarımfinalda almaniyalı Georgios Skarpello ilə qarşılaşıb. Rəqibinə 5:1 hesabı ilə qalib gələn idmançımız adını finala yazdırıb. Finalda onun rəqibj rumıniyalı Florin Mihai olacaq.

Yarımfinaldakı digər təmsilçimiz Laçın Vəliyev isə ermənistanlı Vigen Nazaryan ilə üz-üzə gəlib. Görüşdən 3:1 hesabı ilə qalib ayrılan Laçın həlledici mərhələyə yüksəlib.

Final görüşləri sabah baş tutacaq.

Qeyd edək ki, qitə birinciliyinə iyulun 3-də yekun vurulacaq.

*** 16:26

Azərbaycanın iki yunan-Roma güləşçisi İtaliyanın paytaxtı Romada keçirilən U-20 Avropa çempionatında yarımfinala yüksəlib.

Fanat.Az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Nihad Quluzadə ilk görüşdə fransalı Ayvil Fuakeyə 9:0, ardınca ukraynalı Nikolay Xavriçkinə 3:1 hesabıyla qalib gələrək yarımfinala vəsiqə qazanıb. O, bu mərhələdə almaniyalı Georgios Skarpello ilə qarşılaşacaq.

87 kq-da yer alan Laçın Vəliyev 1/8 finalda Nikita Alekseyevi (Ukrayna) 8:5, növbəti mərhələdə isə Alqot Kaellmanı (İsveç) 4:1 hesabı ilə yenib. İdmançının finalın bir addımlığında rəqibi ermənistanlı Vigen Nazaryan olacaq.

Digər güləşçilərimiz isə ilk görüşdəcə məğlubiyyətlə üzləşiblər. Ziya Babaşov təsnifatda Oleq Xalilova (Ukrayna), Xasay Həsənli (77 kq) 1/8 finalda Yüksel Sarıçiçeyə (Türkiyə), Heybulla Qıstarov (130 kq) 1/4 finalda Adolf Başoya (Macarıstan) uduzub.

Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, qitə birinciliyinə iyulun 3-də yekun vurulacaq.

***

Bu gün İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı start götürəcək.

Fanat.Az xəbər verir ki, qitə birinciliyinin ilkgünündə yunan-Roma güləşi üzrə beş çəkidə mübarizə baş tutacaq.

Azərbaycan təmsilçilərindən Nihad Quluzadə (55 kq) təsnifat mərhələsində fransalı Ayvil Fuake ilə üz-üzə gələcək.

63 kq çəkidəki Ziya Babaşovun ilk rəqibi Oleq Xalilov (Ukrayna) olacaq. 

Xasay Həsənli (77 kq) 1/8 finalda Yüksel Sarıçiçek (Türkiyə) /Maqomed Edayev (Norveç) cütünün qalibi ilə gücünü sınayacaq.

Laçın Vəliyev (87 kq) 1/8 finalda ukraynalı Nikita Alekseyevi sınağa çəkəcək.

Ən ağır - 130 kq çəki dərəcəsində yer alan Heybulla Qıstarov isə 1/4 finalda Adolf Başo (Macarıstan) / Mate Qokadze (Gürcüstan) cütünün qalibini gözləyir.

Qeyd edək ki, qitə birinciliyinə iyulun 3-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər