Futbol üzrə 2024-cü il Avropa çempionatının rəsmi maskotunun adı açıqlanıb.
Fanat.Az UEFA-nın saytına istinadən xəbər verir ki, oyuncaq ayı olan talismana "Albert" adı verilib.
Bu ad Avropadakı məktəblilər arasında keçirilən səsvermədən sonra seçilib.
Xatırladaq ki, AÇ-2024 gələn il iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində təşkil olunacaq. Turnirin qrup mərhələsində 24 komanda mübarizə aparacaq.