AÇ-2024: İsveçrə və Almaniya 1/4 finalda

AÇ-2024: İsveçrə və Almaniya 1/4 finalda

Bu gün Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında 1/8 final oyunları start götürüb.

Fanat.Az xəbər verir ki, günün ilk matçı İsveçrə və İtaliya milliləri arasında baş tutub.

İsveçrə son Avropa çempionunu inamla yenərək adını 1/4 finala yazdırıb. Murat Yakının rəhbərlik etdiyi kollektiv 1/4 finalda İngiltərə - Slovakiya cütünün qalibi ilə qarşılaşacaq. 

Növbəti görüşdə Almaniya və Danimarka seçmələri üz-üzə gəliblər. Qarşılaşma meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb. "Bundestim" 1/4 finalda İspaniya - Gürcüstan cütünün qalibi ilə oynayacaq.

AÇ-2024

1/8 final

29 iyun

İsveçrə - İtaliya 2:0 

Qollar: Froyler, 37. Varqas, 46.

Baş hakim: Şimon Marçinyak (Polşa).

Berlin, Olimpiya stadionu.

 

Almaniya - Danimarka 2:0 

Qollar: Haverts, 54 -pen. Musiala, 68.

Baş hakim: Maykl Oliver (İngiltərə).

Dortmund, "Siqnal İduna Park" stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər