AÇ-2024: Üçüncü tur start götürür

AÇ-2024: Üçüncü tur start götürür

Bu gün 2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin III turu start götürəcək.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə B, H, C, D və İ qrupunda ümumilikdə 12 oyun keçiriləcək.

D qrupunda yer alan Türkiyə yığması səfərdə Latviya ilə üz-üzə gələcək. Qrupun digər matçında Uels Ermənistanı sınağa çəkəcək.

Qeyd edək ki, F qrupunda mübarizə aparan Azərbaycan millisi növbəti oyununa sabah çıxacaq. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Bakıda Estoniya ilə qarşılaşacaq.

AÇ-2024 Seçmə mərhələ, III tur 16 iyun

H qrupu 20:00 Finlandiya - Sloveniya 22:45 San Marino - Qazaxıstan 22:45 Danimarka - Şimali İrlandiya Xal durumu: Sloveniya - 6, Danimarka - 3, Qazaxıstan - 3, Finlandiya - 3, Şimali İrlandiya - 3, San Marino - 0.

B qrupu 22:45 Yunanıstan - İrlandiya 22:45 Cəbəllütariq - Fransa Xal durumu: Fransa - 6, Yunanıstan - 3, Niderland - 3, İrlandiya - 0, Cəbəllütariq - 0.

C qrupu 22:45 Malta - İngiltərə 22:45 Şimali Makedoniya - Ukrayna Xal durumu: İngiltərə - 6, İtaliya - 3, Şimali Makedoniya - 3, Ukrayna - 0, Malta - 0.

D qrupu 22:45 Uels - Ermənistan 22:45 Latviya - Türkiyə Xal durumu: Uels - 4, Xorvatiya - 4, Türkiyə - 3, Ermənistan - 0, Latviya - 0.

İ qrupu 22:45 Belarus - İsrail 22:45 Andorra - İsveçrə 22:45 Kosovo - Rumıniya Xal durumu: İsveçrə - 6, Rumıniya - 6, Kosovo - 2, Andorra - 1, İsrail - 1, Belarus - 0.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər