"90 dəqiqə mübarizə aparmağa fiziki gücümüz çatmır" - Ədəhim Niftəliyev

"90 dəqiqə mübarizə aparmağa fiziki gücümüz çatmır" - Ədəhim Niftəliyev

Birinci Liqanın 22-ci turunda "Mingəçevir" səfərdə MOİK ilə qarşılaşıb. Görüş qonaq komandanın 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. "Şəhərlilər"in baş məşqçisi Ədəhim Niftəliyevlə əlaqə saxlayıb oyun barədə fikirlərini öyrəndik.

Niftəliyevin Fanat.Az-a açıqlaması belə oldu:

"Dörd futbolçumuz zədəli olduğu və bir neçə oyunçumuzun sarı vərəqə limiti dolduğu üçün qarşımıza 1 xal uğrunda mübarizə aparmağı məqsəd qoymuşduq. Buna baxmayaraq, hesabda önə keçməyi də bacardıq. Ancaq 90 dəqiqə mübarizə aparmağa fiziki gücümüz çatmır. Bəzi oyunlarda da birinci hissəni yaxşı oynayırıq, ikinci hissədə isə ehtiyat qüvvəmiz olmadığına görə çətinlik yaşayırıq. Başqa qol epizodlarımız da oldu. Təssüf ki, həmin epizodları dəyərləndirə bilmədik".

Nahid Ustaclı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər