5 ildə menecerlərə ödənilən pula neçə Neymar almaq olar?

5 ildə menecerlərə ödənilən pula neçə Neymar almaq olar?
Futbolçu menecerlərinin son 5 ildə qazandığı məbləğ müəyyənləşib. Fanat.Az xəbər verir ki, UEFA 5 il ərzində menecerlərə 2,5 milyard funt-sterlinq (təxminən 2,82 milyard avro) ödəndiyini açıqlayıb. 
Bu məbləğə ən azı 12 Neymar tranfser etmək olar. Belə ki, braziliyalı "Barselona"dan PSJ-yə 222 milyon avroya transfer olunub.
Araşdırmalar zamanı bəlli olub ki, son 5 ildə transferlərə 19 milyard funt-sterlinq (təxminən 21,5 milyard avro) xərclənib. Bunun isə 13 faizi meecerlərə ödənilib.
UEFA həmçinin qeyd edir ki, bu illər ərzində menecerlərin ən azı 1 milyon avro aldığı 32 transfer rəsmiləşib. Bildirilir ki, ötən il menecerlər orta hesabla hər transferdən 100 min avro qazanıb.
2017-ci ildə araşdırılan 96 transferin 6-sını reallaşdıran menecer Xorxe Mendes ən çox qazanan olub. O, həm də Kriştiano Ronaldonun meneceri olub. Onu Mino Raiola və Kia Yarobçian izləyir.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər