36 yaşında karyerasını başa vurdu

36 yaşında karyerasını başa vurdu

Futbol üzrə Qana millisinin sabiq yarımmüdafiəçisi Kevin-Prins Boatenq peşəkar karyerasını başa vurub.

Fanat.Az xəbər verir ki, o, 36 yaşında futbolla vidalaşıb və bu qərarını sosial şəbəkə hesabında açıqlayıb.

Xatırladaq ki, Kevin-Prins Boatenqin sonuncu iş yeri 2021-ci ildən formasını geyindiyi “Herta” olub. Hansı ki, o, peşəkar karyerasına da məhz bu komandada başlamışdı.

Boatenq İngiltərənin "Tottenhem", “Portsmut”, Almaniyanın "Borussiya" (Dortmund), “Ayntraxt” (Dortmund), “Şalke”, İtaliyanın "Milan", “Montsa”, “Fiorentina”, “Sassuolo”, İspaniyanın "Barselona", “Las Palmas” və Türkiyənin "Beşiktaş" komandalarında da çıxış edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər