36 il sonra DÇ-yə vəsiqə qazanan ölkədə tətil elan edildi

36 il sonra DÇ-yə vəsiqə qazanan ölkədə tətil elan edildi
Peru milli komandasının 36 il sonra Dünya çempionatına vəsiqə qazanması ölkədə əməlli-başlı bayram ab-havası yaradıb. Fanat.Az xəbər verir ki, artıq ölkə ərazisində rəsmi tətil elan edilib.
Dünya çempionatına vəsiqə uğrunda "pley-off" oyunlarında Yeni Zellandiya ilə qarşılaşıb. İlk oyun 0:0 hesabı ilə başa çatıb. Cavab görüşündə amerikalılar 2:0 hesablı qələbə qazanaraq Rusiyaya bilet əldə ediblər. Peruya qələbə qazandıran qollara Cefferson Farfan və Kristian Ramos imza atıb.
36 il sonra DÇ-yə vəsiqə qazanan ölkədə tətil elan edildi
Bu qələbə ölkədə böyük sevincə səbəb olub. Minlərlə insan küçələrlə çıxaraq qələbəni bayram edib. Fanatlar Dünya çempionatına vəsiqə qazana bilməyən əzəli rəqibləri Çilini ələ salmağı da unutmayıblar.
Ölkə prezidenti Pablo Kuçinski "Twitter" hesabından milli komandanı təbrik edib: "Bizə bu sevinci yaşatdığınız üçün təşəkkürlər".
Qeyd edək ki, Peru millisi tarixi ərzində 4 dəfə Dünya çempionatında iştirak edib. 1930-cu ildəki ilk mundialda birinci mərhələdə dayanan perulular 1970-ci ildə 1/4 finala, 1978-ci ildə isə ikinci mərhələyə çıxıblar. Peru millisi hələlik qatıldığı son Dünya çempionatında - 1982-ci ildəki mundialda qrupda qalıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər