35 yaşlı qapıçı millidən getdi

35 yaşlı qapıçı millidən getdi

İtaliyanın "İnter" klubunun qapıçısı Yann Zommer milli ilə vidalaşıb. 

Fanat.Az xəbər verir ki, bu barədə İsveçrə Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb. 

Verilən məlumata görə, 35 yaşlı futbolçu beynəlxalq karyerasını bitirmək qərarına gəlib. 

Qapıçı “qırmızı xaçlılar”ın heyətində 94 oyun keçirib, 92 qol buraxıb. 

Zommerin millidə debütü 2012-ci ilin mayında baş tutub, sonuncu oyunu isə AÇ-2024-ün 1/4 finalına təsadüf edib. Həmin oyunda isveçrəlilər penaltilər seriyasında İngiltərəyə uduzublar. 

Yann Zommer hələ klub futbolunu tərk etmək fikrində deyil. Onun "İnter"lə müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədərdir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər