25 milyon dollarlıq döyüşdən imtina etdi

25 milyon dollarlıq döyüşdən imtina etdi
Peşəkar boks üzrə ağır çəkidə sabiq dünya çempionları - Mayk Tayson və Evander Xolifildin döyüşü keçirilməyəcək.
Fanat.Az xəbər verir ki, Mayk Taysonun döyüşdən imtina edib. Bu barədə Evander Holifildin meneceri Kris Lourens açıqlama verib.
Bildirilib ki, Mayk Tayson 25 milyon dollarlıq qonorar qarşılığında döyüşmək istəməyib. 
"Düşünürdük ki, hər şey həll olunub. Amma hər şey alt-üst oldu. Taysonun nümayəndələri bütün təkliflərimizi geri çevirdi. Neçə müddətdir boşuna vaxt itirmişik” deyə Kris Lourens bildirib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər