21 yaşlı məşqçi koronavirusdan öldü

21 yaşlı məşqçi koronavirusdan öldü
"Atletiko Portada Alta" klubunda işləyən məşqçi Fransisko Qarsiya koronavirusdan dünyasını dəyişib.
Fanat.Az "Malaga Hoy" qəzetinə istinadən xəbər verir ki, Qarsiya Malaqadakı xəstəxanalardan birində həyata gözlərini yumub.
Bir neçə gün əvvəl koronavirus diaqnozu qoyulan məşqçinin 21 yaşı var imiş. O, "Atletiko Portada Alta"nın aşağı yaş qruplarından birində çalışırmış. Qarsiya daha əvvəl xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün xüsusi risk qrupuna daxil imiş
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər