21 yaşlı Kvaratsxeliyadan tarixi uğur

21 yaşlı Kvaratsxeliyadan tarixi uğur

Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya İtaliyanın "Napoli" klubunun tarixinə düşüb.

Fanat.Az "Orta Sport" nəşrinə istinadən xəbər verir ki, sözügedən vinger 2003/2004 mövsümündən sonra Neapol təmsilçisindəki debüt oyununda qol və məhsuldar ötürmə ilə yadda qalan ilk oyunçudur.

Ön xətt oyunçusu buna "Verona"nı səfərdə 5:2 hesabı ilə yendikləri matçda - A Seriyasının I turunun oyununda nail olub. 37-ci dəqiqədə hesabı bərabərləşdirən 21 yaşlı gürcü ikinci yarıda polşalı komanda yoldaşı Pyotr Zelinskiyə assistentlik edib.

Qeyd edək ki, Xviça Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər