21 yaşlı gürcü məşhur Fransa klubunda - RƏSMİ

21 yaşlı gürcü məşhur Fransa klubunda - RƏSMİ

Batumi "Dinamo"sunun və Gürcüstan millisinin yarımmüdafiəçisi Zuriko Davitaşvili karyerasını Fransada davam etdirəcək.

Fanat.Az Liqa 2-də mübarizə aparan "Bordo"nun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı oyunçu cari mövsümün sonunadək icarəyə götürülüb.

Anlaşmada nəzərdə tutulan bəndə əsasən, "Bordo" sonradan gənc oyunçunun transfer hüquqlarına da yiyələnə bilər.

Qeyd edək ki, Tbilisi "Dinamo"sunun yetirməsi olan Davitaşvili Rusiyanın "Rubin", "Rotor" və "Arsenal" klublarında da çıxış edib. Onun Batumi təmsilçisi ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər