204 gün sonra oyuna çıxdı, fitə basıldı

204 gün sonra oyuna çıxdı, fitə basıldı

Madrid “Real”ının hücumçusu Eden Hazard uzun fasilədən sonra meydana çıxıb.

Fanat.Az xəbər verir ki, o, İspaniya La Liqasının 27-ci turunun “Valyadolid”lə matçının 65-ci dəqiqəsində Kərim Benzemanın əvəzində meydana buraxılıb.

Beləcə, uzun müddət idi zədədən əziyyət çəkən Belçika yığmasının sabiq üzvü 204 gün sonra yaşıl meydanlara qayıdıb. O, bundan əvvəlki son rəsmi matçına 2022-ci ilin sentyabrında çıxmışdı.

“Real”ın azarkeşləri bu mövsüm cəmi 7 oyuna çıxan və 296 dəqiqə meydanda olan Hazardı bu matçda fitə basıblar. Buna baxmayaraq, o, komandasının 90+2-ci dəqiqədə vurduğu 6-cı qolda məhsuldar ötürmə müəllifi olub. Lukas Vaskesin adını tabloya yazdırmasına şərait yaradan Hazard bu mövsüm 2-ci assistini edib. Onun hesabında 1 qol da var.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər