Zidan Poqbadan əl çəkmir

Zidan Poqbadan əl çəkmir
"Real"ın baş məşqçisi Zinəddin Zidan yayda transfer ediləcəyi gözlənilən Donni van de Beklə ("Ayaks") ara-sıra əlaqə saxlayır.
Bununla belə, fransız mütəxəssisin prioritet hədəfi hələ də Pol Poqbadı. Bu barədə "Le10sport" portalı məlumat yayıb.
Zizu Poqbanın transferinin reallaşma ehtimalının elə də yüksək olmadığı başa düşür. Florentino Peres fransız futbolçunu bəyənmir. "Real"ın prezidenti daha öncə Zidanı fikrindən daşındırmağa çalışmışdı. Digər tərəfdən, Poqbanın meneceri Mino Rayola artıq "Yuventus"la danışıqlara başlayıb.
Qeyd edək ki, "Real"la yanaşı, "Nyukasl Yunayted", "Mançester Yunayted" və "Everton" van de Bekin xidmətində maraqlıdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər