Paşayev bu tur nə etdi?

Paşayev bu tur nə etdi?

Ukrayna Premyer Liqasında 18-ci turun oyunları keçirilib.

 

Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi "Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə "Dnepr-1” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 2:1. Paşayev oynamayıb. Millimizin üzvü sarı vərəqə limitini doldurduğu üçün matça kənardan baxıb.

18 tura 33 xal yığan "Aleksandriya” 12 kollektiv arasında 5-ci pillədə mövqe tutub.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər