"Şəmkir"də yeni təyinat

"Şəmkir"də yeni təyinat

Azərbaycan çempionatının birindi divizionda çıxış edən "Şəmkir" klubu keçmiş futbolçusunu qaytarıb. 

Fanat.Az xəbər verir ki, Şəmkirin eyniadlı təmsilçisi uzun illər şərəfini qorumuş müdafiəçisi, artıq məşqçilik edən Mehman Yunusovla anlaşdığını rəsmən açıqlayıb.

 

48 yaşlı mütəxəssis baş məşqçi Qəhrəman Əliyevin köməkçisi vəzifəsində çalışacaq. 

 

Yunusov heyətində 2 dəfə çempion olduğu "Şəmkir"də məhz Əliyevin rəhbərliyi altında oynayb. Onun son iş yeri "Qəbələ" Futbol Akademiyasında U-15 komandasına baş məşqçi olub. Yunusov "Sumqayıt" klubunda da məşqçi çalışıb. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər