Millimizin üzvü Almaniyada qol vurdu

Millimizin üzvü Almaniyada qol vurdu
Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Tuğrul Eratın çıxış etdiyi "Fortuna"nın U-23 komandası "Köln II"nin qonağı olub. 
Oyun qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin üzvü start heyətində yer alıb və 84-cü dəqiqədə komandasının 2-ci qolunu vurub. O, 89-cu dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Regional Liqanın Qərb zonasında çıxış edən "Fortuna" 21 turdan sonra 31 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər