Millimizin üzvü 90 dəqiqə oynadı

Millimizin üzvü 90 dəqiqə oynadı

Türkiyənin PTT liqasında XXXI turun oyunları keçirilir. Fanat.Az xəbər verir ki, millimizin "milliləşdirilmiş" üzvü Ufuk Budak da növbəti oyununa çıxıb. keçirib. 

Onun komandası - “Manisaspor” “Altınordu”nu qəbul edib. Meydana start heyətində daxil olan sol cinah müdafiəçisi 90 dəqiqəni əvəz edilmədən keçirib. Oyun isə qonaq komandanın 2:0 hesablı qələbəsi ilə nəticələnib. “Manisaspor” son 5 dəqiqəni azlıqda keçirib. Belə ki, komandanın digər müdafiəçisi Nikola Mikiç birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. Manisalılar ikinci qolu da məhz bundan sonra buraxıblar.

 

Qeyd edək ki, bu nəticədən sonra “Manisaspor” aktivindəki 33 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər