Şotlandiyanın "Livinqston" klubunun qapıçısı Daniel Bardenin səhhətində problem yaranıb.
Fanat.Az xəbər verir ki, 20 yaşlı futbolçuda testikulyar xərçəng aşkar edilib.
Bu barədə "The Guardian"ə Barden özü məlumat verib:
"Xəstəliyin erkən mərhələdə aşkarlanması müsbət amildir. Mən optimistəm, buna qalib gələcəyimə əminəm".
Qeyd edək ki, Uelsin U-21 millisinin üzvü müqavilə ilə İngiltərənin "Norviç" klubuna məxsusdur.