Aprelin 8-də Bakı şəhərində AFFA tərəfindən UEFA-nın "A" kateqoriyalı məşqçi kursu başlayacaq.
Fanat.Az xəbər verir ki, bu haqda AFFA-nın mətbuat xidməti məlumat yayıb.
İlk modul iştirakçılarla tanışlıq xarakteri daşıyacaq.
Kursda iştirak etmək istəyənlərdən aşağıdakılar sənədlər tələb olunur:
1. Ərizə 2. Şəxsiyyət vəsiqəsinin surəti 3. Sağlamlıq haqqında arayış 4. 2 ədəd şəkil (3x4) 5. "B" Lisenziya və diplomun surəti
Kursda iştirak üçün ödənişin məbləği 2000 manatdır. Sənədlər martın 25-dək qəbul olunacaq.