17 yaşlı vunderkindin elçiləri artır

17 yaşlı vunderkindin elçiləri artır

"Atletiko Paranaense"nin hücumçusu Vitor Rokeyə daha bir Avropa klubu elçi düşüb.

Fanat.Az xəbər verir ki, məlumatı "Goal" yayıb. 

Xəbərə görə, 17 yaşlı istedadlı braziliyalının xidmətində "Arsenal" da maraqlıdır. 

Hazırda "vunderkind"i izləyən klublar sırasında "Barselona", "Liverpul", "Çelsi", "Nyukasl" və PSJ var. 

Qeyd edək ki, gənc futbolçu 18 yaşı tamam olmadan Braziliyalı tərk edə bilməz. Bu isə fevral ayında olacaq. Ancaq o zaman Avropada transfer pəncərəsi bağlı olacaq. Bu səbəbdən klublar yayda Vitor üçün mübarizə aparacaqlar. Onun transfer qiyməti 60 milyon avro olaraq dəyərləndirilir. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər