17 yaşlı vunderkind Almaniya nəhəngində

17 yaşlı vunderkind Almaniya nəhəngində

Almaniyanın "Bayern" klubu yeni müqavilə imzalamağa yaxındır.

Fanat.Az xəbər verir ki, Münhen nəhəngi avstraliyalı 17 yaşlı yarımmüdafiəçi Nestori İrankunda ilə anlaşıb.

İnformasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.

Mənbənin məlumatına görə, tərəflər tezliklə rəsmi müqavilə imzalayacaqlar və İrankunda 2024-cü ilin əvvəlində Almaniya klubuna keçəcək. O, hazırda Avstraliyanın "Adelayd Yunayted" klubunda oynayır. "Bayern" istedadlı futbolçu üçün qarşı tərəfə 3 milyon funt sterlinq və bonuslar ödəyəcək.

Nestori İrankunda bu mövsüm "Adelayd Yunayted"də dörd oyun keçirib və bir qol vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər