Bu gün Super Liqanın 18-ci turunda “Fənərbaxça” Kadıköydə “Qalatasaray”ı qəbul edəcək.
Fanat.Az "Transfermarkt"a istinadən xəbər verir ki, İstanbul derbisinin ümumi heyət dəyəri 13,5 milyard TL olacaq.
Mənbə bildirir ki, "Qalatasaray" 222 milyon avroluq oyunçu dəyəri ilə Super Liqa komandaları arasında birinci, "Fənərbaxça" isə 195 milyon avroluq heyətlə əzəli rəqibindən sonra liqada ikinci yerdədir.
Qeyd edək ki, "Fənərbaxça" ilə "Qalatasaray" arasında ötən mövsüm bu arenada baş tutan oyun "sarı-qırmızılar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Nahid Məmmədov