Zubir üçün düşərli rəqib

Zubir üçün düşərli rəqib

Abdullah Zubir Premyer Liqada 25-ci qolunu vurub. “Qarabağ”ın yarımmüdafiəçisinin yubileyi “Qəbələ” ilə görüşə təsadüf edib. Fanat.Az xəbər verir ki, fransalı futbolçu 84-cü matçda “25”-ə çatıb.

2018/19 mövsümündən Ağdam klubunda çıxış edən Zubir qol hesabını da 2018-ci il sentyabrın 23-də “Qəbələ”nin qapısından keçirməklə açıb. Fransalı 4:1 hesabı ilə bitən görüşdə dubl müəllifi olub. Zubir “Qarabağ”ın tarixinə Azərbaycan çempionatlarında 25 və daha çox qol vuran 16-cı futbolçu kimi düşüb. O, bu siyahıda Yaşar Hüseynovla Vaqif Cavadova çatıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər