"Ziqa-zaqa! Ziqa-zaqa! Oy! Oy! Oy!" - Azarkeşlərin sevimli nəğməsi necə yaranıb?

"Ziqa-zaqa! Ziqa-zaqa! Oy! Oy! Oy!" - Azarkeşlərin sevimli nəğməsi necə yaranıb?
"Ziqa-zaqa! Ziqa-zaqa! Oy! Oy! Oy!" - tez-tez stadionlarda azarkeşlərin ifasında bu mahnını eşidə bilərsiniz. Bu mənada xüsusilə də "Çelsi"ni fərqləndirmək olar. "Zadəganlar"ın məşhur azarkeşi Miki Qrinevey həm də "Ziqa-zaqa" ləqəbi ilə tanınırdı. O, bu nəğməni o qədər yüksəkdən oxuyurdu ki, insanların qulaqları, az qala, kar olurdu. Qrinevey dünyasını dəyişəndə fanatlar onun şərəfinə "Ziqa-zaqa"nı səsləndirmişdilər. Bəs, görəsən, bu sevilən bəstənin tarixi haralara dayanır?
İddialar çoxdu. Onlardan birinə görə, mahnı İngiltərədə keçirilən 1966-cı il dünya çempionatı zamanı tribunalarda geniş istifadə edilən musiqi alətindən qaynaqlanır. Azarkeş dəstəyi sonradan daha da ön plana çıxdığından, alətin çıxardığı "ziqa-zaqa" səsini insanların əvəzlədiyi bildirilir.
Digər versiyaya görə, bir qrup "Mançester Yunayted" azarkeşi 1960-cı ildə keçirilən Roma Yay Olimpiya Oyunları üçün İtaliya paytaxtında olduqları ərəfədə almanların "zicken zacken" deyə bağırdıqlarını eşidiblər və bu sözləri onlardan götürərək özlərinə uyğunlaşdırıblar. "Old Trafford"da oxuyarkən isə sonluğa "Oy! Oy! Oy!" hissəsini əlavə ediblər.
 
"Ziqa-zaqa! Ziqa-zaqa! Oy! Oy! Oy!" - Azarkeşlərin sevimli nəğməsi necə yaranıb?
Gələk əsas məsələyə. "Ziqa-zaqa" nəğməsi Piter Tersonun yarım əsr əvvəl yazdığı "Zigger Zagger" pyesi ilə əlaqələndirilir. Londondakı Milli Gənclik Teatrı (MGT) 1956-cı ildə yaranıb. Yaradıcı-rejissor Maykl Kroft teatrın ilk onillik fəaliyyəti ərzində təcrübəsiz gənclərdən ibarət heyətlə daha çox Şekspirin əsərlərini və digər klassikləri səhnələşdirirdi. O, Stokdakı Viktoriya Teatrında Arnold Bennettin "Jock-on-the-Go" qısa hekayəsinin musiqili adaptasiyasını izlədikdən sonra istiqaməti nisbətən dəyişmək qərarına gəlir və Tersondan sırf MGT üçün pyes yazmasını istəyir. 
Kroft sonralar deyirdi: "Piter Terson başlanğıcdan etibarən axtardığım yazar idi. O, fikirlərini zorla yeritmədən uşaqlar üçün pyes yaza biləcək, iti və müdrik gözü olan, insan təbiətinin bənzərsiz tərəflərini ortaya çıxarmaq bacarığına sahib biri idi".
Əməkdaşlığa başladıqdan iki ay sonra Terson "Zigger Zagger"in ilkin versiyasını Krofta göndərir. Üzərinə qeyd kimi əlavə etməyi də unutmur: "Əvvəl əla olduğunu düşündüm, sonra "İndiki dövrdə futbolla kim maraqlanır ki? Artıq bu, sıxıcı mövzuya çevrilib" düşüncəsi məni sardı. Yenə də, bu işdə maraqlısansa, mən böyük həvəslə çalışmağa hazıram".
Təbii ki, bu ideya Kroftun ürəyincə idi. 30-cu illərdə Mançesterdə böyüyən biri kimi futbol kültürü onun içinə "işləmişdi". Amma onların hər ikisi futbolun "Zigger Zagger"in sadəcə karkası olduğunu bilirdilər. "Əsərin ürəyi"ndə gənclik və bir gəncin öz varlığını təsdiqləmək cəhdləri yatırdı. Kroftun mətnin girişində yazdığı kimi: "Zigger Zagger" ortayaşlı bir oğlanı gözləyən acınacaqlı mənzərəni, onun fürsətlərinin dar çərçivəsini və avtoritar yetkinlərin yorğunluğunu və sinizmini əks etdirir".
Kroft və Tersonu gözləyən əsas çətinlik musiqi və müasir dramın bu yaramaz hibridini səhnələşdirmək idi. Zaraftcıl, açıqsözlü yazar əvvəlcədən işin icra tərəfinin onun yox, Kroftun problemi olduğunu deyərək yükü öz boynundan atmışdı. Qısacası, Maykla demişdi: "Mən yazdım, qalan məsələlər sənlikdi".
Kroftun həll yolu maraqlı idi. O, futbol azarkeşlərindən istifadə etdi. Onlar üçün məşqlər zamanı xüsusi yunan xoru formasında stend düzəldildi. Fanatlar da musiqili əsərin bir parçasına çevrildilər. Gedişata rəy bildirir, lazım gələndə üzərilərinə düşən rolu ifa etmək üçün səhnəyə çıxır, sonra yerlərinə qayıdır, lazım gələndə isə xor şəklində musiqilərə dəstək verirdilər.
 
"Ziqa-zaqa! Ziqa-zaqa! Oy! Oy! Oy!" - Azarkeşlərin sevimli nəğməsi necə yaranıb? "Ziqa-zaqa! Ziqa-zaqa! Oy! Oy! Oy!" - Azarkeşlərin sevimli nəğməsi necə yaranıb?
Yaş ortalaması 17 olan 90 nəfərdən ibarət heyətin 4 həftə davam edən məşqləri sayəsində "Zigger Zagger" tədricən yekun formasını aldı. Kroft və Terson birlikdə Milli Gənclik Teatrını "xəritə"yə yerləşdirəcək şounun təməlini atdılar.
Kroft yazırdı: "Məşqlər zamanı həyəcan hakim idi. Yeni ideyaları sınaqdan keçirir, bəzi dəyişikliklər edirdik. Demək olar ki, hər şey futbol azarkeşlərinin fikirləri sayəsində ortaya çıxırdı".
 
"Ziqa-zaqa! Ziqa-zaqa! Oy! Oy! Oy!" - Azarkeşlərin sevimli nəğməsi necə yaranıb?
Məşqlərə gələn qonaqlardan biri də futbol fanatiki və MGT-nin sabiq üzvü, o zamanlar aktyor kimi də çalışan, teatr və kino prodüseri Bill Kenrayt idi. Kroft onun üçün də azarkeşlər arasında yer tapmışdı.
Kroft kostyum məşqlərinə qədər "Zigger Zagger"in uğurlu olacağına şübhə etdiyini bildirir: "Müvəffəqiyyət qazanacağımızı ilk dəfə, MGT-nin başqa məzunu, zamanında Şekspirin əsərini birlikdə səhnələşdirdiyimiz Saymon Uordun final məşqlərimizdən birini izləyərkən şoka düşməsindən sonra anladım. Məni əmin etdi ki, möhtəşəm alınacaq".
Biletləri 20 funtdan satılan "Zigger Zagger" tezliklə həm tamaşaçıların, həm də tənqidçilərin rəğbətini qazandı. 4 həftə səhnədə qalan musiqili əsərə bilet tapmaq müşkül məsələyə çevrilmişdi. Sonradan "Zigger Zagger" müxtəlif məktəblərdə, gənclik təşkilatlarında dəfələrlə səhnələşdirildi.
Sözügedən pyesdə bəhs olunan mövzulardan biri də futbol xuliqanlığı idi. Xuliqanlıq hərakatının başlanğıc illərində İngiltərənin ən böyük stadionlarında "Ziqa-zaqa! Ziqa-Zaqa! Oy! Oy! Oy!" səsləri yüksəlməyə başladı.
Əslində, "Zigger Zagger"də futbol xuliqanları, onların içki vərdişləri, tez-tez cinsi əlaqədə olmaları, daim problemli məsələlərə qarışmalarına və gənclər arasındakı qəddarlıq meylinə toxunulur. Musiqili əsər bir növ işçi sinfi və onların darıxdırcı həyat tərzlərindən qurtulmaq cəhdlərini də təmsil edirdi. 
Məşhur "Ziqa-zaqa" nəğməsinin qaynaq nöqtəsi kimi daha çox məhz "Zigger zagger" göstərilir. Görünür, Kroft və Terson "Zigger Zagger"i "futbola dair ilk musiqili əsər" adlandırmaqda haqlı idilər.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər