"Real Madrid" in keçmiş baş məşqçisi Zinəddin Zidan yanğınlar nəticəsində böyük zərər görən Əlcəzairə maliyyə yardımı göstərib.
Fanat.Az xəbər verir ki bu barədə Fransanın "L Equip" nəşri məlumat yayıb.
49 yaşlı mütəxəssis Əlcəzairinin paytaxtından (paytaxt Əlcəzair) 100 km şərqdə yerləşən dağlıq bölgə olan Kabiliyə bölgəsində baş vermiş meşə yanğınlarının vurduğu ziyanın aradan qaldırılması üçün 2 milyon avro vəsait ayırıb.
Qeyd edək ki, Əlcəzairdə yanğınlar nəticəsində ən az 65 nəfər ölüb, çox sayda yaralı var.
Onu da qeyd edək ki, Zidan əslən Əlcazairin məhz Kabiliyə bölgəsindəndir.
Emin Şəmsiyev