Zidan Ronaldodan danışdı

Zidan Ronaldodan danışdı

"Real"ın baş məşqçisi Zinəddin Zidan Kriştianu Ronaldonun hazırkı vəziyyəti barədə danışıb. 

Fanat.Az xəbər verir ki, o, hücumçunun La Liqanın VII turunda "Espanyol"la oyunda çıxışını "AS"a verdiyi açıqlamada dəyərləndirib. 

"Ronaldo yorğun deyildi. Sadəcə, çox top buraxdı. Özü də qol vura bilməməsinə heyrətləndi. İskoya ötürmə isə möhtəşəm idi". 

Qeyd edək ki, "Real"ın "Espanyol"u 2:0 hesabı ilə məğlub etdiyi oyunda Ronaldo əsas heyətdə meydana çıxıb və məhsuldar ötürmə ilə yadda qalıb. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər