Dünya futbolunun əfsanəsi Zinəddin Zidan karyerasının ən yaxşı qolunu seçib. Fanat.Az "RMC Sport"-a istinadən xəbər verir ki, DÇ-98-in qalibi 2002-ci ildə Çempionlar Liqasının finalında "Real Madrid"in heyətində "Bayer Leverkuzen"ə vurduğu qolu fərqləndirib. Madridlilər "Bayer"i 2:1 hesabı ilə məğlub etdikləri görüşdə Zidan möhtəşəm qolla "Kral klubu"na qələbə qazandırıb. Zidan həmin qolu belə fərqləndirib: “Düşünürəm ki, ən gözəl və vacib qolu "Bayer"lə matçda vurmuşam. Bu, məndə olmayan bir kubok idi və onu qazanmaq üçün bu qol gərəkirdi”.