"Fikrimcə, oyunun nəticəsi ədalətli oldu. Qalib də gələ bilərdik, uduza da. İlk hissəyə yaxşı başlamasaq da, ikinci hissədə oyunumuzu düzəltdik". Fanat.Az xəbər verir ki, bu sözləri "Sumqayıt"la oyundan (1:1) sonra "İnter"in baş məşqçisi Zaur Svanadze deyib.
Gürcü mütəxəssis oyunun başlama saatına etiraz edib: "Oyunun sonlarında hesabda önə keçə bilərdik. Amma bu istidə keyfiyyətli oyun nümayiş etdirmək mümkün deyil. Gördünüz ki, bəzi oyunçular meydanda sərilib qalmışdı".
Svanadze oyunun saatına etiraz edib-etməmələri ilə bağlı suala belə cavab verib: "Bizə deyirlər ki, saatı oyunu yayımlayan telekanal müəyyənləşdirir. Mən başqa heç nə bilmirəm".
Fanat.Az