“İnter”in baş məşqçisi Zaur Svanadze “Kəpəz”lə oyunla (1:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, gürcü mütəxəssis bunları deyib:
"Birinci hissədə ərazi üstünlüyü bizim tərəfimizdə idi. Buna baxmayaraq, 1 xalı çətinliklə qazandıq. Komandamın çıxışından razı qaldım. Rəqibin ilk hissədə qapımıza doğru 1 zərbəsi oldu. O da penalti sonra hesabı açdılar. Biz isə bərabərlik qolunu fasilədən sonra vurduq. Artıq bu matçı unudub, növbəti turu düşünməliyik. Qarşıda bizi çətin oyunlar gözləyir. Penalti epizodunda uzaq idim. Buna görə də, konkret heç nə deyə bilmərəm. Epizodun videotəkrarını izlədikdən sonra bu barədə danışmaq mümkündü".(CBC Sport)
Fanat.az