“Meydança pis vəziyyətdə idi. Bu amil işimizi çətinləşdirirdi”. Bu sözləri Bakının “İnter” klubunun baş məşqçisi Zaur Svanadze deyib.
Ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində səfərdə “Kəpəz”lə qarşılaşan “bankirlər” qolsuz bərabərliyə imza atıblar. Bu nəticə ilk görüşdə 2:0 hesablı qələbəyə sevinmiş “İnter”in yarımfinala adlaması üçün kifayət edib.
Matçdan sonra keçirilən mətbuat konfransında Svanadze oyunu şərh edib. Meydançanın durumundan gileylənən gürcüstanlı çalışdırıcı yetirmələrinin xarakter nümayiş etdirdiyini bildirib: “Rəqib komandanın 1 qol vəziyyəti oldu. Ondan başqa təhlükəli epizod yarada bilmədilər. “İnter”in futbolçuları meydançanın ağır durumuna rəğmən, xarakter nümayiş etdirdilər. Növbəti mərhələyə çıxmağı bacardıq. Buna görə paltardəyişmə otağında futbolçulara təşəkkürümü bildirdim. Komanda istirahətə buraxılır. Yenidən bir araya gələndən sonra da yaxşı nəticələrə imza atmağa çalışacağıq”.(Apasport.az)
Fanat.Az