Zaur Svanadze maraqlı oyun sözü verdi

Zaur Svanadze maraqlı oyun sözü verdi

"Kəpəz"lə oyuna ciddi hazırlaşırıq. Bizi "Kəpəz"lə çətin oyun gözləyir, bu komanda doğma divarlar arasında yaxşı oyun sərgiləyir. Düşünürəm ki, azarkeşlər maraqlı və gərgin idman şəraitində keçəcək mübarizənin şahidi olacaqlar". Fanat.az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Zaur Svanadze deyib.

Gürcü mütəxəssis heyətdəki itkilərdən danışdı: "Kamran Ağayevlə Nizami Hacıyev zədəlidi, Abbas Hüseynovun isə mikro-zədəsi var və onun oyuna çıxması sual altındadı. Bildiyiniz kimi, Rauf Əliyev artıq komandayla məşq edir və “Kəpəz”lə oyunda ilk "18-liy"ə salınacaq. Qarşıdakı oyunu buraxacaq oyunçularımızdan biri də Sezar Meza Kollidi. Sarı vərəqə limitini dolduran paraqvaylı futbolçu Gəncəyə yollanmayacaq”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər