Zaur Svanadze: “Ən yaxşı oyunlarımızdan birini keçirdik”

Zaur Svanadze: “Ən yaxşı oyunlarımızdan birini keçirdik”

Türkiyədə təlim-məşq toplanışında olan "İnter" iyunun 17-də Rumıniya "Vitorul"u ilə yoxlama matçı keçirib.

 

Fanat.Az xəbər verir ki, oyundan sonra baş məşqçi Zaur Svanadze matç barədə fikirlərini açıqlayıb və toplanışı qiymətləndirib.

"Bu gün keçirdiyimiz oyun Avropa Liqası matçları ərəfəsində başlıca repetisiya idi. Yaxşı komanda ilə qarşılaşdıq, futbolçularımız özlərini yaxşı tərəfdən göstərdilər. Baxımlı futbol sərgilədik, qol vəziyyətləri yaratdıq. Demək olar ki, toplanışda ən yaxşı oyunlarımızdan birini keçirdik. Oyundan razı qaldım, uşaqlar taktiki tapşırıqları yerinə yetirdilər".

"Toplanış məhsuldar alındı. Birinci və ikinci oyunları yükləmələr fonunda keçirdik. Uşaqlar məşqlərdə vicdanla hazırlaşdılar. Toplanış barədə ümumi fikrim müsbətdir. Yaratdığı şəraitə görə klub rəhbərliyinə təşəkkürümü bildirirəm. Bundan sonra Avroliqa oyunlarınadək hazırlığımızı Bakıda davam etdirəcəyik".

 

Xatırladaq ki, rumınlarla görüş "İnter"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər