"Öz oyunumu kənardan canlı görə bilməmişəm" - Ronaldudan jurnalistə irad

"Öz oyunumu kənardan canlı görə bilməmişəm" - Ronaldudan jurnalistə irad

Tanınmış idman jurnalisti Pirs Morqan məhz ona verdiyi qalmaqallı müsahibədən sonra "Mançester Yunayted"dən göndərilən Kriştianu Ronaldu ilə öz aralarında nə danışdıqlarını açıqlayıb.

Fanat.Az xəbər verir ki, " talkSPORT" media mənsubunun dediklərini belə çatdırıb:

"3 il öncə Kriştianu ilə çox maraqlı söhbətimiz oldu. Həmin vaxt ondan ilk dəfə müsahibə götürmüşdüm. Birlikdə şam etdik, çox şeydən danışdıq. O, insan kimi mənim çox xoşuma gəlir. Həyatında gördüyü ən güclü oyunçunun kim olduğunu soruşdum. "Messi! Amma sən sualı düzgün vermirsən. Çünki mən öz oyunumu kənardan canlı görə bilməmişəm" dedi. Bu cavaba gülmüşdüm. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər