Yunis Hüseynov: "Yenilər yaxşı təsir bağışladılar"

Yunis Hüseynov: "Yenilər yaxşı təsir bağışladılar"
"Keşlə”nin baş məşqçisi Yunis Hüseynov "Neftçi”yə qarşı keçirdikləri yoxlama oyunundan danışıb.
 
Fanat.Az xəbər verir ki, o, 3:4 hesabıyla yenildikləri görüşü belə dəyərləndirib:
 
"Yoxlama oyununda hesabın o qədər də böyük əhəmiyyəti yoxdur. Bu gün komandamızın taktiki və fiziki hazırlığına diqqət yetirdik. Səhvlərimizin üzərində çalışacağıq. Lakin deyə bilərəm ki, komandamızın oyunundan razı qaldım. Yeni oyunçularımız tam olaraq hazır olmasalar da, bu gün yaxşı təsir bağışladılar. İnanıram ki, "Sumqayıt"la oyuna qədər tam olaraq hazır olacağıq".
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər