Yunis Hüseynov ümidini itirmir

Yunis Hüseynov ümidini itirmir
"Yaxşı nəticə qazanmaq istəyirdik. Amma alınmadı”. Bu sözləri "Kəpəz”in baş məşqçisi Yunis Hüseynov deyib.
 
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində "Keşlə”nin qonağı olan "Kəpəz” 0:2 hesabı ilə uduzub.
 
Matçdan sonra mətbuat konfransı keçirən Hüseynov bunları deyib: "Qarşıda Gəncədəki oyunumuz da var. İnanıram ki, futbolçular cavab matçında yaxşı oynayacaqlar. Kubok matçları iki oyundan ibarət olduğu üçün şanslar yenə bərabərdi”.
 
- Dedimar Fereyra sarı vərəqə alaraq limiti doldurdu. Demək olar ki, qışdan sonra o və digər legionerlər komandada qalmayacaq?
- Oseqeyl zədəlidi. Samba Diallo isə məşq öncəsi zədələnmişdi.(Apasport.az)
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər