Yunis Hüseynov bu gün istefa verəcək? - VİDEO

Yunis Hüseynov bu gün istefa verəcək? - VİDEO

Yaxşı günlərini yaşamayan “Xəzər Lənkəran” yeni transfer etməyəcək. Lənkəran təmsilçisi növbəti dəfə F:FA tərəfindən cərimələnə bilər. 

Komandanın güclənməyəcəyini öyrənən baş məşqçisi Yunis Hüseynovun bu gün istefa verəcəyi və onu köməkçilərindən birinin əvəzləyəcəyi gözlənilir.

51 yaşlı mütəxəssis ATV-yə açıqlamasında rəhbərliklə görüşdükdən sonra komandadakı gələcəyi ilə əlaqədar qərar qəbul edəcəyini bildirib: "Komandanın dağılacağına inanmıram. Rəhbərliklə görüşəcəyəm. Dedilər ki, komandaya yeni transferlər olunmayacaq. Ona görə də soruşacağam ki, görüm bu nə məsələdi?".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər