Çin Futbol Assosiasiyasının keçmiş sədr müavini Li Yui azadlıqdan məhrum edilib.
Fanat.Az xəbər verir ki, məlumatı Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Yui rüşvətxorluğa görə 11 il müddətinə həbsxanaya göndərilib. Bundan başqa, o, 1 milyon yuan (təxminən 140 min ABŞ dolları) cərimə ödəməlidir. Futbol funksionerinin rüşvət şəklində aldığı əmlak da müsadirə olunub.