Yubiley oyununda qələbə

Yubiley oyununda qələbə
"Sumqayıt” Azərbaycan çempionatlarında yubiley oyununu keçirib. 
Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, səfərdə "Neftçi"ni 3:2 hesabı ilə məğlub etdikləri oyun "gənclik şəhəri” təmsilçisinin 250-ci matçı olub. 
Bu görüşlərdən 124-ü evdə, 126-sı səfərdə keçirilib. Bu müddətdə 62 qələbə qazanan komanda 66 heç-heçə edib və 122 dəfə uduzub. 239 qol vuran sumqayıtlılar 364 top buraxıb.
 
Qeyd edək ki, "Sumqayıt” Premyer Liqada 250 və daha çox oyun keçirən 17-ci klubdu.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər