Almaniya millisinin baş məşqçisi Yoahim Lövün yığmadakı gələcək taleyinə aydınlıq gəlib.
Qol.az-ın Almaniya Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 56 yaşlı mütəxəssis daha iki il Bundestimi çalışdıracaq.
Lövün komandası "Avro-2016"nın yarımfinalında Fransaya 0:2 hesabı ilə uduzaraq turnirlə vidalaşıb. Buna baxmayaraq federasiya rəhbərliyi Lövlə əməkdaşlığı davam etdirmək qərarına gəlib. Löv "DÇ-2018"in seçmə mərhələsində də Almaniya millisinin baş məşqçi vəzifəsində qalacaq.
Qeyd edək ki, 2006-cı ildən Almaniya yığmasını çalışdıran Löv 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatının qalibi olub.
Fanat.az