AÇ-2023-ün əsas mərhələsində Azərbaycanın U-19 millisi ilə eyni qrupda yer alan Bosniya və Herseqovina ilə Fransanın müvafiq yaş qrupundan ibarət komandaları beynəlxalq turnirdə iştirak edəcəklər. Fanat.Az xəbər verir ki, hər iki komanda dekabrın 6-dan 9-dək Serbiyanın Vryaçka Banya şəhərində təşkil olunacaq “Futzal sevgisi” turnirində gücünü sınayacaq. Yarışa rəqiblərimiz və meydan sahibi komandadan başqa, İtaliyanın da müvafiq yaş qrupundan ibarət millisi qatılacaq. Oyunların təqvimi belədir: 6 dekabr Bosniya və Herseqovina - İtaliya Fransa – Serbiya 7 dekabr Serbiya – Bosniya və Herseqovina İtaliya – Fransa 9 dekabr Fransa – Bosniya və Herseqovina Serbiya – İtaliya Bosniya və Herseqovinanın baş məşqçisi İvo Krezo turnir üçün bu futzalçılara dəvət göndərib: Kerim Salihoviç (Sarayevo), hrvoje Sablyiç (Herseqovina), Mihaylo Raduloviç (Doboj), Emil Softiç (Salines), Anel Spreço (Doboj), Yaqo Skoko (Herseqovina), Srdan Çatiç (Doboj), Matej Krezo (Selyak), Vedad Subaşiç (Mostar), Miloş Todoriç (Salines), Bruno Bilokapa (Selyak), Yakub Vilakiç (Bosna Kompred), Omar Omeroviç (Sarayevo), Ahmed Kadiç (Zepçe), Kosta Kuzmiç (Salines). Qeyd edək ki, AÇ-2023-ün əsas mərhələsinin oyunları martın 21-dən 26-dək keçiriləcək. Millimizin yer aldığı 5-ci qrupun oyunları Bosniya və Herseqovinada təşkil olunacaq. Komandamız meydan sahibi ölkənin yığması ilə bərabər, Fransa və Yunanıstanın müvafiq yaş qrupundan ibarət komandaları ilə üz-üzə gələcək.
Yığmamızın rəqibləri eyni turnirdə
TREND
Tv Afişa
10:47
18.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Futbol
12:05
20.10.2026
Şahin Diniyev "Sabah" - "Borussiya" matçına proqnozunu açıqladı
Azərbaycan futbolu
15:10
21.10.2026
Nəriman "Qarabağ"a qayıtmaq istəyirmi? - Özü cavabladı
Tv Afişa
09:51
23.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Oxşar xəbərlər
Milli
15:32
14.10.2026
Azərbaycan millisinin Çexiya ilə oyun üçün heyəti açıqlandı
Futzal
22:09
02.10.2026
Azərbaycan millisinin AÇ-2027-nin əsas mərhələsindəki rəqibləri müəyyənləşdi
Futzal
10:30
22.09.2026
AFFA futzal üzrə seleksiya məşqləri təşkil edəcək
Futzal
18:03
16.09.2026
Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ