"Yığma üzvləri öz klublarına buraxılıb" - Federasiya rəsmisi

"Yığma üzvləri öz klublarına buraxılıb" - Federasiya rəsmisi
Ağır atletika üzrə milli komandamız avqust ayında Avropa birinciliyində iştirak edəcək. 
Bu barədə Fanat.Az-a Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) mətbuat katibi Kənan Məstəliyev məlumat verib. 
Qurum rəsmisi saytımıza açıqlamasında bildirib ki, "Olimpiada ilə bağlı fasilə yarandığından yığma üzvləri öz klublarına və cəmiyyətlərinə buraxılıb. Ən yaxındakı yarış avqustun sonunda Avropa birinciliyidi. Bir müddətdən sonra bu yarışa hazırlığın başlanılması planlaşdırılır. Digər yarışlara isə vaxtı çatdıqca hazırlaşacağıq".
 
Röya
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər