Yerevandakı etirazçılar: “Kim Paşinyana bunu imzalamağa hüquq verib?” - VİDEO

Yerevandakı etirazçılar: “Kim Paşinyana bunu imzalamağa hüquq verib?” - VİDEO
Ermənistan Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağda müharibənin dayandırılması haqqında bəyanat imzalamasını pisləyən yüzlərlə yerevanlı gecə saatlarında ölkə parlamentinin iclas zalına girib.
Bu barədə "TASS” xəbər verib.
"Biz Nikol Paşinyanı tələb edirik. Kim ona bunu imzalamağa hüquq verib?”, - etirazçılar deyir.
Hazırda parlament binasında və onun ətrafında vəziyyət gərgindir, etirazçılar ətrafdakı bütün küçələri bağlayıb. (Qafqazinfo)
 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər