Yeniyetmə boksçuların mübarizəsi başlayır

Yeniyetmə boksçuların mübarizəsi başlayır
Bu gün yeniyetmə boksçular arasında açıq Bakı birinciliyi start götürəcək. Fanat.Az xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq yarışda 150-dək idmançı gücünü yoxlayacaq. 
Birinciliyə paytaxt klubları ilə yanaşı, 8 rayon komandası da qatılacaq. 2002-2003-cü il təvəllüdlü boksçular arasında baş tutacaq yarışda 14 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşdirəcək. 
Döyüşlər bu gün saat 15:00-da başlanacaq. Final qarşılaşmaları isə yanvarın 12-də olacaq. 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər