Yeni mövsümün püşkü atıldı

Yeni mövsümün püşkü atıldı

Bu gün Bakı İdman Sarayında futzal üzrə Yüksək, Birinci və İkinci Liqalarda 2022/2023 mövsümünün püşkü atılıb.

Fanat.Az xəbər verir ki, əvvəlcə gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan – Ermənistan dövlət sərhəddində törədilmiş genişmiqyaslı təxribatın qarşısı alınan zaman şəhid olan hərbçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardınca hər 3 liqada ilk turun püşkü atılıb. Tədbir zamanı federasiya rəsmiləri klub nümayəndələrinin suallarını cavablandırılıb.

Yüksək Liqada komandalar 4, Birinci və İkinci liqalarda isə 2 dövrədə mübarizə aparacaq. Əsas mərhələni ilk 4 sırada başa vuracaq iştirakçılar pley-off oyunlarına yüksələcək. Lider dördüncü, ikinci pillənin sahibi isə üçüncü yerdə qərarlaşan komanda ilə üz-üzə gələcək. İki qələbə qazanan komandalar finala, məğlub olan iştirakçılar isə üçüncü yer uğrunda oyunda iştirak edəcək. Final və üçüncü yer uğrunda qarşılaşma bir oyundan ibarət olacaq.

Yüksək Liqa 1-ci tur, 26 sentyabr

Baku Fire – Neftçi İK U-19 – Record Araz-Naxçıvan – Alyans (Lənkəran)

Birinci Liqa 1-ci tur, 13-14 oktyabr

Baku Fire-2 – Şamaxı Alyans Qrup – STAR kargo VİFLY – Şuşa Standard – U-17 Dəstə Ordubad – ADBTİA

İkinci Liqa 1-ci tur, 16 oktyabr

Dalğa – Advotak Timsport – Zəngilan Rəvan – Baku Fire-3 Metropoliten – Xan-Lənkəran Çinar Zəngilan – Flaqman

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər