"Yaxşı çıxmasa, Ndlovunun pulunu cibimdən ödəyəcəm" dedi" 

"Yaxşı çıxmasa, Ndlovunun pulunu cibimdən ödəyəcəm" dedi" 

Türkiyə I Liqasında Dino Ndlovu rüzgarı əsir. 

Fanat.Az xəbər verir ki, "Kocaelispor"da qolları sıralayan "Qarabağ"ın sabiq forvardı 11 oyunda 9 qol vurub və liqanın bombardiridir.

Kocaeli təmsilçisinin prezidenti Engin Koyun cənubi afrikalı forvardın transferi ilə bağlı maraqlı açıqlama verib. Sən demə, rəhbərlik yayda Ndlovunun transferi ilə bağlı tərəddüd edirmiş. Baş məşqçinin israrından sonra hücumçunun keçidi reallaşdırılıb: "Mustafa Rəşid Akçay hocamız məndən israrla Dinonu transfer etməyimi istədi. Mən də "hocam, o 7 aydır futbol oynamır. Başqa namizədlər var, onlara baxaq" dedim. "Mən israrla Dinonu istəyirəm. Faydasız transfer olsa, pulunu kluba mən cibimdən ödəyəcəyəm" dedi. 

Biz də baş məşqçimizin verdiyi cəsarət, dəstək və istəklə Dinonu transfer etdik. Mustafa bəyə minnətdaram, haqlı çıxdı. Bu gün liqanın qol kralına sahibik".

Qeyd edək ki, "Kocaelispor"un bu mövsüm vurduğu 12 qoldan 9-na imza atan Dino Ndlovu 2016-2018-ci illər aralığında "Qarabağ"da çıxış edib. Cənubi Afrikalı forvard təmsilçimizin heyətində 2 mövsümdə 59 matçda 24 qol vurub.     Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər